Milli Televiziya və Radio Şurasının 5 fevral 2019-cu il tarixli 02/1 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.20-ci bəndini və Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli Sərəncamının tələblərini rəhbər tutaraq qərara alır:
1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika teleradio yayımçısına (1. “Lider TV və Radio Azərbaycan” MMC, 2. “Xəzər TV” MMC, 3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası, 4. “ARB 24” MMC, 5. “Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC) 600 000 (altı yüz min) manat ayrılsın.
2. Milli Televiziya və Radio Şurası Aparatının Maliyyə və texniki nəzarət şöbəsi qeyd olunan vəsaitin özəl ümumrespublika teleradio yayımçılarının xəzinə hesabına köçürülməsini təmin etsin.
Nuşirəvan Məhərrəmov
Sədr