Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli 04/3 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 33.1-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.3-cü bəndinin tələblərini rəhbər tutaraq qərara alır:
1. “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar” təsdiq edilsin.
2. Milli Televiziya və Radio Şurasının 01 mart 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş ”Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" ləğv edilsin.
3. Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri N.Cavadov təsdiq olunmuş Qaydanın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Nuşirəvan Məhərrəmov
Sədr