Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 7 iyul 2015-ci il tarixli 06/1 saylı Qərarı

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 32, 35.4, 35.5, 35.7-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.7-ci bəndinin, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli, 04/3 saylı qərarı ilə təsdiq edilmiş “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 3.7, 4-сü bəndinin tələblərini rəhbər tutaraq qərara alır:

“Space” televiziyasında 30 iyun 2015-ci il tarixdə saat 14:30-da efirə gedən “Günaydın” verilişində proqrama verilmiş tələblərə əməl edilməməsi,  03 iyul 2015-ci il tarixdə saat 11:00-da efirə gedən “Əsl şou” verilişində ədəbsiz ifadələrdən istifadə edilməsi, eyni zamanda 11 may, 12 may, 13 may, 14 may, 15 may, 03 iyun, 08 iyun, 17 iyun, 22 iyun, 24 iyun, 30 iyun, 03 iyul, 05 iyul, 06 iyul 2015-ci il tarixlərdə reklamın yayımı ilə bağlı qanunverciliyin tələblərinin pozulmasına görə “Space Müstəqil Teleradio Şirkəti”nə xəbərdarlıq elan edilsin.

 

Nuşirəvan Məhərrəmov

Sədr