Uşaqların internetdən təhlükəsiz istifadəsi üçün YADDAŞ
- Hec bir zaman öz adınızı, telefon nömrənizi, yaşadiğınız və oxuduğunuz ünvanları, kredit kartların nömrələrini və ya parollarını, asudə vaxtının keçirmə yerini və sevimli istirahət yerlərini bildirməyin.
-
Şəxsi məlumatı, o cümlədən, oxuduğunuz məktəb, tez-tez getdiyiniz və ya getməyi planlaşdırdığınız yerin adlarını bildirməyən, seksual işarəsi olmayan neytral nik addan istifadə edin.
-
Kompüterdən istifadə zamanı sizi nə isə qorxudursa, dərhal onu söndürün. Bu barədə valideynlərə və ya başqa böyüklərə danışın.
-
Sizi internetdə pərt edən və həyəcana salan hər bir hadisə haqqında böyüklərə danışın.
-
Spamları və istənilməyən məktubları bloka salmaq məqsədi ilə hər zaman elektron poçtunuzda filtrdən istifadə edin.
-
İnternetdə tanış olduğunuz insanlar ilə heç bir zaman görüşməyə razı olmayın. Bu cür təkliflər barədə dərhal valideynlərinizə danışın.
-
Kimsə sizə şəxsi və ya seksual xarakterli sual verdikdə həmin şəxslə elektron poçtda, sms mübadiləsi sistemlərində, çatlarda bütün əlaqəni kəsin. Bu barədə valideynlərə danışın.