Media savadlılığı anlayışı (Media literacy)
Media savadlılığı (bəzən, Media və İnformasiya savadlılığı - ingilis dilində: Media and İnformation Literacy) vətəndaşın mediaya daxil olmasına, medianı tənqidi anlamağa imkan verən, onunla əlaqəli olan bütün texniki, sosial, yaradıcılıq qabiliyyətlərini özündə cəmləşdirən bir çətirdir. Media savadlılığı vətəndaşa cəmiyyətin iqtisadi, sosial və mədəni aspektlərində iştirak etmək, həmçinin demokratik prosesdə fəal rol oynamaq imkanı verir. Bu, hər cür mediaya (televiziya, radio, mətbuat), hər cür yayım platformasına (ənənəvi, internet və sosial media) və hər yaşa aiddir.
Media savadlılığı, əsasən, aşağıdakı üstünlük və bacarıqları ehtiva edir:
Mediaya daxil olma: medianı məharətlə tapmaq, istifadə etmək, məlumatları və məzmunu gözdən keçirmək, axtarmaq, süzmək və idarə etmək bacarığı.
Təhlil və qiymətləndirmə: məzmunu (informasiyanı) dərk etmək və tənqidi düşüncə qabiliyyətindən istifadə edərək keyfiyyətini, dürüstlüyünü, etibarlılığını, potensial təsir və ya nəticələrini təhlil etmək bacarığı.
Yaradıcılıq: media məzmunu yaratmaq, auditoriya və yaradıcılıq texnikasını dərk etməklə özünü inamla ifadə etmək bacarığı.
Məsuliyyət: sosial məsuliyyəti dərk etmək və etik prinsipləri tətbiq etmək qabiliyyəti, ünsiyyət və davranış, özünün media həyatını idarə etmək bacarığı.
Fəaliyyət: media vasitəsi ilə cəmiyyətdə iştirak etmək, vətəndaş mövqeyi formalaşdırmaq, demokratik dəyərlərə və münasibətlərə əsaslanan vətəndaş olmaq