QƏRAR № 10 / 25-02 (31 yanvar 2025-ci il)
Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 58.1.1-cu maddəsinin tələbini rəhbər tutaraq qərara alır:
- "Global Technology" Məhdud Məsuliyyətli Cəmiyyətinə universal platforma operatoru fəaliyyəti üçün Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-016 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.