QƏRAR № 06 / 25-02 (31 yanvar 2025-ci il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.2.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 2 nömrəli Əlavənin 5.6-cı bəndini, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 22.0.39.6-cı maddəsini rəhbər tutaraq qərara alır:
- "TV 1 Media" Məhdud Məsuliyyətli Cəmiyyətinə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "TV 1") lisenziyası verilsin.
- Peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 1500 (bir min beş yüz) manat məbləğində dövlət rüsumunun "TV 1 Media" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi təmin olunsun.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Maliyyə və təminat şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.