QƏRAR № 03 / 25-02 (31 yanvar 2025-ci il)
Yerüstü radiotezliklərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. "Radio TMB" redaksiyasının proqramlarının yerüstü yayımı üçün müxtəlif vaxtlarda "Radio Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılmış aşağıdakı radiotezliklərin həmin yayımçı tərəfindən istifadəsinə xitam verilsin:
- Zaqatala rayonu ərazisində yerləşən "Danaçı" radio-televiziya yayım stansiyasından – 88,6 MHs;
- Quba rayonu ərazisində yerləşən "Dağlı" radio-televiziya yayım stansiyasından – 100,5 MHs.
2. "Radio Qrup" Məhdud Məsuliyyətli Cəmiyyəti radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə bağlanmış müqavilədə müvafiq dəyişikliklər apararaq bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versin.
3. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.