Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 2024-cü il üzrə Maliyyə Hesabatı

 

2024-cü ildə Azərbaycan Respublikası Audiovizual Şurası və Maliyyə Nazirliyi arasında təsdiq olunmuş protokola əsasən, illik büdcə proqnozlarına uyğun smeta təsdiq edilmişdir. Müvafiq olaraq, hər ayın əvvəlində Maliyyə Nazirliyinə xərc maddələri üzrə təyin olunmuş faiz nisbətinə və limitə əsaslanaraq aylar üzrə sifariş, xəzinələrarası köçürmə sərəncamı, məxaric cədvəlləri təqdim olunmuşdur. Açılmış vəsaitdən zəruri öhdəliklərin ödənilməsinə istifadə olunmuşdur.

2024-cü ilin yanvar ayından etibarən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən müvafiq aylara uyğun maliyyələşmə açıldıqdan sonra "malların (iş və xidmətlərin) alışı sənədi", "kassa xərclərinin sifarişi" və "ödəniş tapşırıqları" lazımi xərclərə və tələbata uyğun olaraq Xəzinədarlıq İdarəsinə təqdim olunmuşdur.

Xərc maddələri üzrə: inzibati binanın icarəsi, rabitə xərcləri, işıq, qaz, su, poçt, bank xidmətlərindən istifadəyə görə ödənişlər vaxtında və tam şəkildə həyata keçirilmişdir.

Hər ay təsdiq olunmuş ştat cədvəlinə, iş vaxtının uçot tabelinə və əmək haqqı cədvəlinə əsasən, işçilərə əmək haqqı və digər sosial ödənişlər vaxtında ödənilmişdir. Əmək haqqından tutulmuş üzvlük haqqı Həmkarlar İttifaqları Respublika Komitəsinə, həmçinin digər məcburi ödənişlər – DSMF ödənişi, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta, gəlir vergisi də vaxtında hesablanaraq ödənilmişdir. Vəzifə maaşına, vəzifə maaşına əlavələrə və işçilərin say həddinə uyğun "Ştat cədvəli" tərtib edilərək Maliyyə Nazirliyinə təqdim olunmuşdur.

Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən dörd müsabiqə keçirilmiş, müsabiqə üzrə "müsabiqədə iştirak haqqı" olaraq 600 manat büdcədənkənar vəsait daxil olmuş və bu vəsaitin 500 manatı müsabiqə ilə bağlı elanların mətbuatda dərc olunmasına sərf olunmuş, 100 manat vəsait isə büdcəyə qaytarılmışdır. Bundan başqa, 2024-cü ildə Audiovizual Şura tərəfindən verilmiş lisenziyalara görə ödənilməli dövlət rüsumunun büdcəyə köçürülməsinə nəzarət edilmiş və həmin vəsaitlərlə bağlı rüblük hesabatlar Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə təqdim edilmişdir.

İl ərzində limitə uyğun lazımi dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının, texniki vəsaitlər və avadanlıqların alınması üçün keçirilmiş satınalmalarda qalib gəlmiş təchizatçılara müqaviləyə uyğun ödənişlər olunmuş və alınmış vəsaitlər inventar siyahısına əlavə edilmişdir.

Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin Sərəncamına əsasən əmlakın inventarlaşdırılması məqsədi ilə yaradılmış komissiya tərəfindən 29 dekabr 2024-cü il tarixinədək mal-materialların, əmlakın inventarizasiyası aparılmışdır. Köhnəlmiş, istifadəyə yararsız inventarların, mal-materialların adları qeyd olunmaqla "əmlakın ləğvi aktı" tərtib olunmuşdur.

Azərbaycan Respublikası Audiovizual Şurasının illik planına əsasən, 2024-cü ildə xərc maddələri üzrə maliyyələşmə və faktiki xərclər əlavə olunmuş cədvəldə əks olunmuşdur.

 (cədvəl əlavə olunur)