QƏRAR № 01 / 25-01 (09 yanvar 2025-ci il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 53.2-ci maddəsini rəhbər tutaraq qərara alır:
1. Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün (ilkin mərhələdə istifadə edəcəyi radiotezlik: "Bakı Teleqüllə Kompleksi" – 88.7 MHs) 18 noyabr 2024-cü il tarixdən elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş aşağıdakı ərizəçilər iddiaçı kimi müsabiqəyə buraxılsın:
- "Pro Media Group" MMC (radio kanalın adı: "Planet FM")
- "Broadcast Media" MMC (radio kanalın adı: "Dalğa FM")
- Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
- "Balans Studiyası" MMC (radio kanalın adı: "ANS ÇM")
2. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin və yayım imkanlarının (zəruri halda, iddiaçının məkanında) araşdırılması üçün Azərbaycan Respublikası Audiovizual Şurası üzvlərindən və aparatının mütəxəssislərindən ibarət müsabiqə komissiyası (bundan sonra - Komissiya) yaradılsın.
3. Komissiya müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yayım konsepsiyaları, texniki və yaradıcılıq, habelə maliyyə-iqtisadi potensialı barədə yekun rəy hazırlayıb 15 gün ərzində Azərbaycan Respublikası Audiovizual Şurası üzvlərinə təqdim etsin.