QƏRAR № 42 / 24 - 19 (19 dekabr 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:
- "Azol TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə sadə platforma operatoru fəaliyyəti üçün verilmiş 01 fevral 2024-cü il tarixli, SPO-009 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.