Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 41 / 24 - 19 (19 dekabr 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 56.1.5.-ci və 58.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "Bulud Store" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş "Bulud Store" xidmət adlı sadə platforma operatoru lisenziyası "Bulud TV" xidmət adlı sadə platforma operatoru lisenziyasına dəyişdirilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsii bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.