Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 39 / 24-17 (07 noyabr 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 29.1-ci, 50.1.3-cü və 51.1-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi (ilkin mərhələdə istifadə olunacaq radiotezlik: "Bakı Teleqüllə Kompleksi"ndən 92,5 MHs) üçün 18 noyabr 2024-cü il tarixdən etibarən müsabiqə elan edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Maliyyə və təminat şöbəsi, Kommunikasiya sektoru müsabiqə elanının və müsabiqənin keçirilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytında (www.acra.gov.az) və rəsmi qəzetdə yayımlanmasını təmin etsin.
  3. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.