QƏRAR № 38 / 24-17 (07 noyabr 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 29.1-ci, 50.1.3-cü və 51.1-ci maddələrini rəhbər tutaraq qərara alır:
- Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi (ilkin mərhələdə istifadə olunacaq radiotezlik: "Bakı Teleqüllə Kompleksi"ndən 88,7 MHs) üçün 18 noyabr 2024-cü il tarixdən etibarən müsabiqə elan edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Maliyyə və təminat şöbəsi, Kommunikasiya sektoru müsabiqə elanının və müsabiqənin keçirilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytında (www.acra.gov.az) və rəsmi qəzetdə yayımlanmasını təmin etsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.