QƏRAR № 37 / 24-17 (07 noyabr 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
- "Azərbaycan Beynəlxalq Radiosu"nun proqramlarının yayımı üçün aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından müvafiq radiotezliklər "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə ayrılsın:
- Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" radio-televiziya yayım stansiyasından – 94,3 MHs;
- Ağstafa rayonu ərazisində yerləşən "Poylu" radio-televiziya yayım stansiyasından – 94,1 MHs;
- Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerlərşən "Sədərək" radio-televiziya yayım stansiyasından – 93,5 MHs;
- Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerlərşən "Dəstə" radio-televiziya yayım stansiyasından – 99,5 MHs.
- Azərbaycan Respublikası Audiovizual Şurasının 08 iyun 2022-ci il tarixli 6/2 nömrəli Qərarının 1.2-ci bəndi qüvvədən düşmüş hesab edilsin və "Real FM" proqramlarının yayımı üçün "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış radiotezliyin həmin yayımçı tərəfindən istifadəsinə xitam verilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurasının 20 dekabr 2023-cü il tarixli 50/23-20 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.5-ci bəndləri qüvvədən düşmüş hesab edilsin və "Azərbaycan Beynəlxalq Radiosu"nun proqramlarının müvəqqəti yayımı üçün "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə ayrılmış radiotezliklərin həmin yayımçı tərəfindən istifadəsinə xitam verilsin.
- "Azərbaycan Televiziya və Radio Verilişlərti" Qapalı Səhmdar Cəmiyyəti ona ayrılmış yeni radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyalardan yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.