QƏRAR № 36 / 24-15 (18 oktyabr 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.2.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.6-cı bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.6-cı maddəsini rəhbər tutaraq qərara alır:
- "Biznes TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Biznes TV") lisenziyası verilsin.
- "Biznes TV" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Qərarı aldıqdan 5 (beş) iş günü müddətində peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 1500 (bir min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə ödənilməsini təmin etsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.