Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 35 / 24-15 (18 oktyabr 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.2.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.6-cı bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.6-cı maddəsini rəhbər tutaraq qərara alır:

  1. "SƏSTV" Məhdud Məsuliyyətli Cəmiyyətinə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Səs TV") lisenziyası verilsin.
  2. "SƏSTV" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Qərarı aldıqdan 5 (beş) iş günü müddətində peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 1500 (bir min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə ödənilməsini təmin etsin.
  3. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.