QƏRAR № 34 / 24-15 (18 oktyabr 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.3-cü və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 15 mart tarixli 2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 15 mart tarixli 2016-cı il, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.7-ci bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.7-ci maddəsini rəhbər tutaraq qərara alır:
- "ABC-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifarişli yayım xidməti provayderi (xidmətin adı: "Kontakt TV") lisenziyası verilsin.
- "ABC-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Qərarı aldıqdan 5 (beş) iş günü müddətində sifarişli yayım xidməti provayderi lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 500 (beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə ödənilməsini təmin etsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.