Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 33 / 24-15 (18 oktyabr 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.4.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.9-cu bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.9-cu maddəsini rəhbər tutaraq qərara alır:

  1. "ABC-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə universal platforma operatoru (xidmətin adı: "Kontakt TV") lisenziyası verilsin.
  2. "ABC-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Qərarı aldıqdan 5 (beş) iş günü müddətində universal platforma operatoru lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 2500 (iki min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə ödənilməsini təmin etsin.
  3. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.