QƏRAR № 31 / 24-13 (10 sentyabr 2024-cü il)
Ümumölkə yerüstü radio yayımçılarının proqramlarına bütün ölkə əhalisi tərəfindən əlçatanlığın təmin edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli 3981 saylı Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun ərazisində yerləşən "Duzdağ" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") – 90,9 MHs.
- "Radio Qrup" MMC-yə (redaksiyanın adı: "Radio TMB") – 91,3 MHs.
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 97,1 MHs.
- "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 105,6 MHs.
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (redaksiyanın adı: "Real FM") – 107,0 MHs.
2. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ərazisində yerləşən "Sədərək" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "Radio Qrup" MMC-yə (redaksiyanın adı: "Radio TMB") – 87,7 MHs.
- "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə (redaksiyanın adı: "İctimai Radio") – 92,0 MHs.
- "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Azad Azərbaycan Radiosu") – 95,3 MHs.
- "Antenn" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Radio Enerji") – 101,3 MHs.
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 107,9 MHs.
3. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun ərazisində yerləşən "Dəstə" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") – 90,7 MHs.
- "Xəzər TV" MMC-yə (redaksiyanın adı: "Xəzər FM") – 92,3 MHs.
- "Radio Qrup" MMC-yə (redaksiyanın adı: "Radio TMB") – 95,5 MHs.
- "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Azad Azərbaycan Radiosu") – 97,3 MHs.
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (redaksiyanın adı: "Real FM") – 107,9 MHs.
4. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.