QƏRAR № 30 / 24-13 (10 sentyabr 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası Azərbaycan Respublikası ərazisində "DAB+" standartlı rəqəmsal yerüstü radio yayımının həyata keçirlməsi məqsədilə "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 33.1-ci və 35.3-cü maddələrini rəhbər tutaraq qərara alır:
- "Bakı Teleqüllə Kompleksi"ndən və Ağsu rayonu ərazisində yerləşən "Gülüstan" radio-televiziya yayım stansiyasından 12-ci TV yayım kanalının 12A alt diapazonu – 223,936 MHs işçi radiotezliyi (223,168 – 224,704 MHs tezlik zolağı) infrastruktur operatoru olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılsın.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsinlər.