Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 29 / 24-13 (10 sentyabr 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 53.2-ci maddəsini rəhbər tutaraq qərara alır:

1. Peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya) lisenziyasının verilməsi üçün 29 iyul 2024-cü il tarixdən elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş aşağıdakı ərizəçilər iddiaçı kimi müsabiqəyə buraxılsın:

  • "CIBC Global" MMC (televiziya kanalının adı: "AnewZ")
  • "Adel Media" MMC (televiziya kanalının adı: "Adel TV")

2. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin və zəruri halda yerində yayım imkanlarının araşdırılması üçün Azərbaycan Respublikası Audiovizual Şurası üzvlərindən və aparatının mütəxəssislərindən ibarət müsabiqə komissiyası (bundan sonra - Komissiya) yaradılsın.

3. Komissiya müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yayım konsepsiyaları, texniki və yaradıcılıq, habelə maliyyə-iqtisadi potensialı barədə yekun rəy hazırlayıb 7 gün ərzində Azərbaycan Respublikası Audiovizual Şurası üzvlərinə təqdim etsin.