Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 28 / 24-12 (23 avqust 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.2.1-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.5-cı bəndini, “Dövlət rüsumu haqqında” 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.5-ci maddəsini rəhbər tutaraq qərara alır:

  1. "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Naxçıvan TV") lisenziyası verilsin.
  2. "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ona verilmiş regional yerüstü televiziya yayımçısı lisenziyasında nəzərdə tutulmuş ərazi üzrə yerüstü yayımı həyata keçirməkdə davam etsin.
  3. "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti bu Qərarı aldıqdan 5 (beş) iş günü müddətində peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası üçün nəzərdə tutulmuş 2500 (iki min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə ödənilməsini təmin etsin.
  4. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları, Maliyyə və təminat şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsinlər.