Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 26 / 24-12 (23 avqust 2024-cü il)

 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli, 471-VIQ nömrəli Qanununun 47.1.4-cü maddəsini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Qanununa 2 nömrəli Əlavənin 5.3-cü bəndini rəhbər tutaraq qərara alır:

  1. "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə Naxçıvan iqtisadi rayonunun ərazisində fəaliyyət üçün regional yerüstü televiziya yayımçısı (redaksiyanın adı: "Naxçıvan TV") lisenziyası verilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsinlər.