Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 25 / 24-12 (23 avqust 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının genişləndirilməsi məqsədilə "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 33.1-ci və 35.3-cü maddələrini rəhbər tutaraq qərara alır:

1. Aşağıda göstərilən radio-televiziya yayım stansiyalarından qeyd olunan TV yayım kanalları infrastruktur operatoru olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılsın:

1.1. Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından 46-cı TV yayım kanalı (şüalanma gücü 33 dBVt-dan çox olmamaq şərti ilə);

1.2. Ağdərə rayonu ərazisində yerləşən "Həsənriz kənd" radio-televiziya yayım stansiyasından 25-ci TV yayım kanalı.

2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsinlər.