Audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı (praym-taym)
Azərbaycan Respublikası
Audiovizual Şurasının
09.04.2024-cü il tarixli 10/24-08 nömrəli
qərarı ilə təsdiq edilmişdir.
- Ümumi müddəa
Bu sənəd "Media haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.33-cü maddəsinə əsasən hazırlanmışdır və audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtını (praym-taym) müəyyən edir.
- Həftəiçi (qeyri-iş günləri istisna olmaqla) praym-taym
2.1. Televiziya yayımına münasibətdə praym-taym həftəiçi üçün 19:00 - 23:00 saat aralığıdır.
2.2. Radio yayımına münasibətdə praym-taym həftəiçi səhər saatları üçün 08:00 - 10:00, həftəiçi axşam saatları üçün 18:00 - 20:00 saat aralığıdır.
- Həftəsonu və qeyri-iş günləri praym-taym
3.1. Televiziya yayımına münasibətdə praym-taym həftəsonu və qeyri-iş günləri üçün 17:00 - 23:00 saat aralığıdır.
3.2. Radio yayımına münasibətdə həftəsonu və qeyri-iş günləri səhər saatları üçün 10:00 - 13:00, axşam saatları üçün isə 18:00 - 20:00 saat aralığıdır.