QƏRAR № 24 / 24-11 (26 iyul 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 56.1.4-cü və 58.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "Bulud Store" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş İPTV yayım üsullu sadə platforma operatoru lisenziyası OTT yayım üsullu sadə platforma operatoru lisenziyasına dəyişdirilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsinlər.