Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 22 / 24-10 (09 iyul 2024-cü il)

 

Peyk yayımı həyata keçirən platforma yayımçısı olan "RTV" Məhdud Məsuliyyətli Cəmiyyətinin "ARB Günəş" televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə, saat 18.25-19.29 aralığında Azərbaycan Republikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan "Bembi 2" cizgi filminin yayımlanmasına görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 38.2-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "ARB Günəş" televiziya redaksiyasının (kanalının) proqramlarının yayımı 11 iyul 2024-cü il tarixində 3 (üç) saatlıq müddətə (saat 08.00-dan 11.00-dək) dayandırılsın.
  2. Tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramlarının yayımının dayandırılması müddətində (11 iyul 2024-cü il tarixdə saat 08.00-dan 11.00-dək) "ARB Günəş" televiziya redaksiyasının (kanalının) efirində yayımlansın.
  3. Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.