Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 21 / 24-10 (09 iyul 2024-cü il)

 

Ümumölkə yerüstü televiziya yayımçısı olan "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasının "ATV" televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə, saat 05.29-06.38 aralığında Azərbaycan Republikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan "Nyu Yorkda yağışlı bir gün" bədii filminin yayımlanmasına görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 38.2-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "ATV" televiziya redaksiyasının (kanalının) proqramlarının yayımı 11 iyul 2024-cü il tarixində 3 (üç) saatlıq müddətə (saat 08.00-dan saat 11.00-dək) dayandırılsın.
  2. Tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramlarının yayımının dayandırılması müddətində (11 iyul 2024-cü il tarixdə saat 08.00-dan saat 11.00-dək) "ATV" televiziya redaksiyasının (kanalının) efirində yayımlansın.
  3. Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.