Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 19 / 24-10 (09 iyul 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.3-cü və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.7-ci bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.7-ci maddəsini rəhbər tutaraq qərara alır:

  1. "Megogo" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifarişli yayım xidməti provayderi (xidmətin adı: "Megogo") lisenziyası verilsin.
  2. Universal platforma operatoru lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 500 (beş yüz) manat məbləğində dövlət rüsumunun "Megogo" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi təmin olunsun.
  3. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Maliyyə və təminat şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.