QƏRAR № 13 / 24-09 (03 may 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:
- "A2Z Technologies" Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru fəaliyyəti üçün verilmiş 14 iyun 2023-cü il tarixli, UPO-033 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.