QƏRAR № 12 / 24-09 (03 may 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:
- "Selnet" Məhdud Məsuliyyətli Cəmiyyətinə universal platforma operatoru fəaliyyəti üçün verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-014 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.