QƏRAR № 11 / 24-08 (09 aprel 2024-cü il)
Ümumölkə yerüstü radio yayımçılarının proqramlarına bütün ölkə əhalisi tərəfindən əlçatanlığın təmin edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli 3981 saylı Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. Zaqatala rayonu ərazisində yerləşən "Danaçı" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") - 87,5 MHs.
- "Antenn" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Radio Enerji") – 88,0 MHs.
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (redaksiyanın adı: "Real FM") – 89,3 MHs.
- "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") – 90,9 MHs.
- "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 91,7 MHs.
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 94,1 MHs.
- "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 95,6 MHs.
- "Baku FM" MMC-yə (redaksiyanın adı: "Baku Hit FM") – 97,5 MHs.
2. Şəki rayonu ərazisində yerləşən "Təpəcənnət" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "Radio Qrup" MMC-yə (redaksiyanın adı: "Radio TMB") – 87,7 MHs.
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (redaksiyanın adı: "Real FM") – 92,4 MHs.
- "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 94,9 MHs.
- "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 96,9 MHs.
- "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") – 99,8 MHs.
- "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Azad Azərbaycan Radiosu") – 102,0 MHs.
- "Antenn" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Radio Enerji") – 104,1 MHs.
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 107,8 MHs.
3. Ağstafa rayonu ərazisində yerləşən "Poylu" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "Xəzər TV" MMC-yə (redaksiyanın adı: "Xəzər FM") – 87,5 MHs.
- "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") - 88,4 MHs.
- "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 88,7 MHs.
- "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") – 89,4 MHs.
- "Baku FM" MMC-yə (redaksiyanın adı: "Baku Hit FM") – 90,9 MHs.
- "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 91,5 MHs.
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 107,7 MHs.
4. Daşkəsən rayonu ərazisində yerləşən "Daşkəsən" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") – 88,3 MHs.
- "Baku FM" MMC-yə (redaksiyanın adı: "Baku Hit FM") – 92,0 MHs.
- "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 95,8 MHs.
- "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") – 99,2 MHs.
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 103,7 MHs.
5. Bu Qərarın 1-4-cü bəndlərində adları qeyd olunmuş ümumölkə yerüstü radio yayımçıları onlara ayrılmış yeni radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyadan yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versinlər.
6. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.