QƏRAR № 10 / 24-08 (09 aprel 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 1.1.33-cü və 47.1.2-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "Audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı (praym-taym)" təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi (N.Cavadov) bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Azərbaycan Respublikası Audiovizual Şurasının
09.04.2024-cü il tarixli 10/24-08 nömrəli
qərarı ilə təsdiq edilmişdir.
Audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı (praym-taym)
- Ümumi müddəa
1.1. Audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı (praym-taym) “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.33-cü maddəsinə əsasən hazırlanmışdır.
- Audiovizual proqramların həftəiçi praym-taym vaxtları
2.1. Audiovizual proqramların sutka ərzində ən çox izlənilən (televiziya yayımı) vaxtı (praym-taym) həftəiçi üçün 19:00 - 23:00 saat aralığıdır.
2.2. Audiovizual proqramların sutka ərzində ən çox dinlənilən (radio yayımı) vaxtı (praym-taym) həftəiçi səhər saatları üçün 08:00 - 10:00, həftəiçi axşam saatları üçün 18:00 - 20:00 saat aralığıdır.
- Audiovizual proqramların həftəsonu və qeyri iş günləri praym-taym vaxtları
3.1. Audiovizual proqramların sutka ərzində ən çox izlənilən (televiziya yayımı) vaxtı (praym-taym) həftəsonu və qeyri-iş günləri üçün 17:00 - 23:00 saat aralığıdır.
3.2. Audiovizual proqramların sutka ərzində ən çox dinlənilən (radio yayımı) vaxtı (praym-taym) həftəsonu və qeyri-iş günləri səhər saatları üçün 10:00 - 13:00, axşam saatları üçün isə 18:00 - 20:00 saat aralığıdır.