QƏRAR № 07 / 24-06 (19 mart 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.4.1-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununa 2 nömrəli Əlavənin 5.8-ci bəndini, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 22.0.39.8-ci maddəsini rəhbər tutaraq qərara alır:
- "AZ-EVRO TEL" Məhdud Məsuliyyətli Cəmiyyətinə sadə platforma operatoru (xidmətin adı: "Azeurotel") lisenziyası verilsin.
- Sadə platforma operatoru lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 1500 (bir min beş yüz) manat məbləğində dövlət rüsumunun "AZ-EVRO TEL" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi təmin olunsun.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Maliyyə və təminat şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.