Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 06 / 24-06 (19 mart 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 53.2-ci maddəsini rəhbər tutaraq qərara alır:

1. Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün (istifadə edəcəyi radiotezliklər: "Bakı Teleqüllə Kompleksi" – 93.0 MHs, Ağstafa rayonu ərazisindəki "Poylu" RTYS - 105.7 MHs, Quba rayonu ərazisindəki "Dağlı" RTYS – 104.7 MHs, Şirvan şəhəri ərazisindəki "Şirvan" RTYS – 104.5 MHs) 26 yanvar 2024-cü il tarixdən elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş aşağıdakı ərizəçilər iddiaçı kimi müsabiqəyə buraxılsın:

  • "Sağlam Media" MMC (radio kanalın adı: "Sağlam Radio")
  • "Orion SKY" MMC (radio kanalın adı: "Həyat FM")

2. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin və zəruri halda yerində yayım imkanlarının araşdırılması üçün Azərbaycan Respublikası Audiovizual Şurası üzvlərindən və aparatının mütəxəssislərindən ibarət müsabiqə komissiyası (bundan sonra - Komissiya) yaradılsın.

3. Komissiya müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yayım konsepsiyaları, kadr və yaradıcılıq, habelə maliyyə-iqtisadi potensialı barədə yekun rəy hazırlayıb 15 gün ərzində Azərbaycan Respublikası Audiovizual Şurası üzvlərinə təqdim etsin.