Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 05 / 24-05 (01 mart 2024-cü il)

 

Ümumölkə yerüstü radio yayımçılarının proqramlarına bütün ölkə əhalisi tərəfindən əlçatanlığın təmin edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli 3981 saylı Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

1. Lerik rayonu ərazisində yerləşən "Lerik" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:

  • "Baku FM" MMC-yə (redaksiyanın adı: "Baku Hit FM") – 87,7 MHs.
  • "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 93,7 MHs.
  • "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") – 96,5 MHs.
  • "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Azad Azərbaycan Radiosu") – 104,8 MHs.
  • "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") –  105,3 MHs.
  • "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 107,5 MHs.

 

2. Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:

  • "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 90,7 MHs.
  • "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") – 95,3 MHs.
  • "Radio Qrup" MMC-yə (redaksiyanın adı: "Radio TMB") – 96,7 MHs.
  • "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") – 97,8 MHs.
  • "Antenn" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Radio Enerji") – 98,1 MHs.
  • "Xəzər TV" MMC-yə (redaksiyanın adı: "Xəzər FM") – 103,0 MHs.
  • "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 105,9 MHs.

 

3. Quba rayonu ərazisində yerləşən "Dağlı" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:

  • "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (redaksiyanın adı: "Real FM") – 89,0 MHs.
  • "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") – 90,9 MHs.
  • "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə (redaksiyanın adı: "İctimai Radio") – 92,1 MHs.
  • "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 92,6 MHs.
  • "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") – 94,3 MHs.

 

4. Xaçmaz rayonu ərazisində yerləşən "Yergüc" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:

  • "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 87,7 MHs.
  • "Baku FM" MMC-yə (redaksiyanın adı: "Baku Hit FM") – 88,0 MHs.
  • "Xəzər TV" MMC-yə (redaksiyanın adı: "Xəzər FM") – 88,6 MHs.
  • "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (redaksiyanın adı: "Real FM") – 89,3 MHs.
  • "Radio Qrup" MMC-yə (redaksiyanın adı: "Radio TMB") – 89,9 MHs.
  • "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 90,3 MHs.
  • "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") – 91,7 MHs.
  • "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") – 92,3 MHs.
  • "Araz Teleradio" MMC-yə (redaksiyanın adı: "Araz FM") – 92,9 MHs.
  • "Antenn" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Radio Enerji") – 94,1 MHs.
  • "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") – 94,9 MHs.
  • "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə (redaksiyanın adı: "İctimai Radio") – 98,1 MHs.
  • "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 98,7 MHs.
  • "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Azad Azərbaycan Radiosu") – 99,7 MHs.

 

5. Bu Qərarın 1-4-cü bəndlərində adları qeyd olunmuş ümumölkə yerüstü radio yayımçıları onlara ayrılmış yeni radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyadan yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versinlər.

6. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.