QƏRAR № 04 / 24-04 (22 fevral 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası peyk yayımı həyata keçirən platforma yayımçısı olan "MUZ TV Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin "MTV" televiziya kanalının efirində 20 fevral 2024-cü il tarixdə saat 12.00-15.00 arası yayımlanan "Tarixin bir günü" proqramında mənşə və digər ayrı-seçkiliyi təbliğ edən informasiyaya yol verildiyinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "MTV" televiziya redaksiyasının proqramlarının yayımı 27 fevral 2024-cü il tarixində 8 (səkkiz) saatlıq müddətə (saat 09:00-dan saat 17:00-dək) dayandırılsın.
- Peyk yayımı həyata keçirən platforma yayımçısı olan "MUZ TV Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı proqramlarının yayımının dayandırılması müddətində (27 fevral 2024-cü il tarixdə saat 09:00-dan saat 17:00-dək) "MTV" televiziya kanalının efirində yayımlasın.
- Bu Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.