QƏRAR № 03 / 24-02 (26 yanvar 2024-cü il)
Ümumölkə yerüstü radio yayımçılarının proqramlarına bütün ölkə əhalisi tərəfindən əlçatanlığın təmin edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli 3981 saylı Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. Şuşa rayonu ərazisində yerləşən "Şuşa" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "Xəzər TV" MMC-yə (redaksiyanın adı: "Xəzər FM") – 89,2 MHs.
- "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 96,0 MHs.
- "Baku FM" MMC-yə (redaksiyanın adı: "Baku Hit FM") – 97,1 MHs.
- "Araz Teleradio" MMC-yə (redaksiyanın adı: "Araz FM") – 98,6 MHs.
- "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") - 99,4 MHs.
- "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") – 100,7 MHs.
- "Antenn" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Radio Enerji") – 104,3 MHs.
- "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") – 106,3 MHs.
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 107,3 MHs.
2. Ağsu rayonu ərazisində yerləşən "Gülüstan" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") – 87,5 MHs.
- "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 91,8 MHs.
- "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") – 95,1 MHs.
- "Baku FM" MMC-yə (redaksiyanın adı: "Baku Hit FM") – 99,6 MHs.
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 106,7 MHs.
- "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 107,0 MHs.
3. Siyəzən rayonu ərazisində yerləşən "Gilgilçay" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "Xəzər TV" MMC-yə (redaksiyanın adı: "Xəzər FM") – 91,3 MHs.
- "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Azad Azərbaycan Radiosu") – 93,6 MHs.
- "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə (redaksiyanın adı: "İctimai Radio") – 93,9 MHs.
- "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") – 95,4 MHs.
- "Radio Qrup" MMC-yə (redaksiyanın adı: "Radio TMB") – 95,7 MHs.
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (redaksiyanın adı: "Real FM") – 96,0 MHs.
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 97,2 MHs.
- "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 98,5 MHs.
- "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") – 99,0 MHs.
- "Araz Teleradio" MMC-yə (redaksiyanın adı: "Araz FM") – 100,8 MHs.
- "Antenn" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Radio Enerji") – 103,5 MHs.
- "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə (redaksiyanın adı: "Azərbaycan Radiosu") – 105,3 MHs.
4. Astara rayonu ərazisində yerləşən "Astara" radio-televiziya yayım stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 88,5 MHs.
- "Antenn" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Radio Enerji") – 89,5 MHs.
- "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") – 91,5 MHs.
- "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 93,9 MHs.
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (redaksiyanın adı: "Real FM") – 94,3 MHs.
- "Baku FM" MMC-yə (redaksiyanın adı: "Baku Hit FM") – 96,7 MHs.
- "Xəzər TV" MMC-yə (redaksiyanın adı: "Xəzər FM") – 97,2 MHs.
- "Radio Qrup" MMC-yə (redaksiyanın adı: "Radio TMB") – 97,8 MHs.
- "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Azad Azərbaycan Radiosu") – 98,1 MHs.
- "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 98,5 MHs.
- "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") – 99,5 MHs.
- "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") - 102,0 MHs.
5. Bu Qərarın 1-4-cü bəndlərində adları qeyd olunmuş ümumölkə yerüstü radio yayımçıları onlara ayrılmış yeni radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyadan yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versinlər.
6. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.