Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 02 / 24-01 (23 yanvar 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

  1. Açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının təmin olunması məqsədilə Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" radio-televiziya yayım stansiyasından 43-cü TV yayım kanalı (televiziya vericisinin maksimal şüalanma gücü 28 dBVt olmaqla) infrastruktur operatoru olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılsın.
  2. "Azərbaycan Radiosu"nun proqramlarının yayımının həyata keçirilməsi üçün Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" radio-televiziya yayım stansiyasından 89.5 MHs radiotezliyi ümumölkə yerüstü radio yayımçısı olan "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə ayrılsın.
  3. "İctimai radio"nun proqramlarının yayımının həyata keçirilməsi üçün Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" radio-televiziya yayım stansiyasından 96.9 MHs radiotezliyi ümumölkə yerüstü radio yayımçısı olan "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılsın.
  4. Bu Qərarın 2-ci və 3-cü bəndlərində adları qeyd olunan ümumölkə yerüstü radio yayımçıları onlara ayrılmış yeni radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyadan yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versinlər.
  5. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsinlər.