Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 01 / 24-01 (23 yanvar 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 29.1-ci, 50.1.3-cü, 51.1-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi (istifadə edəcəyi radiotezliklər: Bakı Teleqüllə Kompleksindən – 93.0 MHs, Ağstafa rayonu ərazisindəki "Poylu" RTYS-dan – 105.7 MHs, Quba rayonu ərazisindəki "Dağlı" RTYS-dan – 104.7 MHs, Şirvan şəhəri ərazisindəki "Şirvan" RTYS-dan – 104.5 MHs) üçün 26 yanvar 2024-cü il tarixdən etibarən müsabiqə elan edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Maliyyə və təminat şöbəsi müsabiqə elanının və müsabiqənin keçirilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytında (www.acra.gov.az) yerləşdirilməsini və rəsmi qəzetdə dərc olunmasını təmin etsin.
  3. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsinlər.