Azərbaycan Respublikası Audiovizual Şurasının 20 dekabr 2023-cü il tarixli Qərarı № 50 / 23-20
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. "Azərbaycan Beynəlxalq Radiosu"nun proqramlarının yayımı üçün qeyd olunan radio-televiziya yayım stansiyalarından aşağıdakı radiotezliklər ümumölkə yerüstü radio yayımçısı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə ayrılsın:
- "Bakı Teleqüllə Kompleksi"ndən – 92,5 MHs radiotezliyi;
- Şuşa rayonu ərazisində yerləşən "Şuşa" radio-televiziya yayım stansiyasından – 105,1 MHs radiotezliyi;
- Astara rayonu ərazisində yerləşən "Astara" radio-televiziya yayım stansiyasından – 95,2 MHs radiotezliyi;
- Xaçmaz rayonu ərazisində yerləşən "Yalama" radio-televiziya yayım stansiyasından – 97,4 MHs radiotezliyi;
- Zaqatala rayonu ərazisində yerləşən "Danaçı" radio-televiziya yayım stansiyasından – 98,0 MHs radiotezliyi.
2. "Azərbaycan Televiziya və Radio Verilişlərti" Qapalı Səhmdar Cəmiyyəti ona ayrılmış yeni radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyalardan yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versin.
3. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.