Azərbaycan Respublikası Audiovizual Şurasının 20 dekabr 2023-cü il tarixli Qərarı № 49 / 23-20
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
- "CBC FM" radiosunun proqramlarının yayımı üçün Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" radio-televiziya yayım stansiyasından 93,8 MHs radiotezliyi (radiovericinin maksimal şüalanma gücü 40 dBVt olmaqla) regional yerüstü radio yayımçısı "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılsın.
- "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyəti ona ayrılmış yeni radiotezliyin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyadan yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versin.
- Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.