Azərbaycan Respublikası Audiovizual Şurasının 24 noyabr 2023-cü il tarixli Qərarı № 47 / 23-18
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. Ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirmək üçün multipleks operatoru olan "AzəriGlobalServis" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə ayrılmış TV yayım kanalları 01 yanvar 2024-cü il tarixindən aşağıdakı cədvələ uyğun yeni TV yayım kanallarına dəyişdirilsin:
No. |
Retranslyasiya xidmətinin həyata keçirildiyi radio-televiziya yayım stansiyasının adı və yerləşdiyi ərazi
|
İstifadədə olan TV yayım kanalı |
Yeni ayrılan TV yayım kanalı |
1 |
“Dağlı” RTYS (Quba rayonu) |
56 |
21 |
2 |
“Dağlı” RTYS (Quba rayonu) |
60 |
36 |
3 |
“Lənkəran” RTYS (Lənkəran rayonu) |
49 |
33 |
4 |
“Lənkəran” RTYS (Lənkəran rayonu) |
53 |
37 |
5 |
“Lənkəran” RTYS (Lənkəran rayonu) |
54 |
42 |
6 |
“Gəncə” RTYS (Gəncə şəhəri) |
50 |
28 |
2. "AzəriGlobalServis" Qapalı Səhmdar Cəmiyyəti ona ayrılmış yeni radiotezliklərin (TV yayım kanallarının) istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyalardan yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versin.
3. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.