Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 24 noyabr 2023-cü il tarixli Qərarı № 48 / 23-18

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

1. Açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya retranslyasiya xidmətinin təmini üçün infrastruktur operatoru olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılmış TV yayım kanalları 01 yanvar 2024-cü il tarixindən aşağıdakı cədvələ uyğun yeni TV yayım kanallarına dəyişdirilsin:

 

 No.

 

Retranslyasiya xidmətinin həyata keçirildiyi radio-televiziya yayım stansiyasının adı və yerləşdiyi ərazi

 

 İstifadədə olan

TV yayım kanalı

 Yeni ayrılan

TV yayım kanalı

1

“Günəşli” RTYS (Bakı şəhəri)

50

27

2

“Neftçala” RTYS (Neftçala rayonu)

51

40

3

“Vaqo” RTYS (Astara rayonu)

58

27

4

“Qəbələ” RTYS (Qəbələ rayonu)

51

37

5

“Xızı” RTYS (Xızı rayonu)

51

38

6

“Qobustan” RTYS (Qobustan rayonu)

59

38

7

“Şamaxı” RTYS (Şamaxı rayonu)

56

33

8

“Gəncə” RTYS (Gəncə şəhəri)

57

34

9

“Poylu” RTYS (Ağstafa rayonu)

50

32

10

“Lənkəran” RTYS (Lənkəran rayonu)

56

31

11

“Təpəcənnət” RTYS (Şəki rayonu)

60

46

12

“Gədəbəy” RTYS (Gədəbəy rayonu)

50

35

13

“Tovuz” RTYS (Tovuz rayonu)

58

31

14

“İmişli” RTYS (İmişli rayonu)

50

35

15

“Yalama” RTYS (Xaçmaz rayonu)

52

44

16

“Daşkəsən” RTYS (Daşkəsən rayonu)

58

36

17

“Tərtər” RTYS (Tərtər rayonu)

52

26

18

“Cəlilabad” RTYS (Cəlilabad rayonu)

52

43

19

“Qonaqkənd” RTYS (Quba rayonu)

56

31

 

2. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.