Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 21 noyabr 2023-cü il tarixli Qərarı № 42 / 23-17

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.4.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.9-cu bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.9-cu maddəsini rəhbər tutaraq qərara alır:

  1. "Konnekt" Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (xidmətin adı: "NNTV") lisenziyası verilsin.
  2. Universal platforma operatoru lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 2500 (iki min beş yüz) manat məbləğində dövlət rüsumunun "Konnekt" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi təmin olunsun.
  3. Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Maliyyə və təminat, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.