Azərbaycan Respublikası Audiovizual Şurasının 27 oktyabr 2023-cü il tarixli Qərarı № 40 / 23-16
Azərbaycan Respublikası Audiovizual Şurası yayımın bir il ərzində 60 (altmış) gün həyata keçirilmədiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.11-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:
- "RA Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinə abunəçi sayı 5000-dək olan kabel şəbəkəsi yayımı fəaliyyətini təmin etmək üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 22 yanvar 2016-cı il tarixli, 128 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.