Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 27 oktyabr 2023-cü il tarixli Qərarı № 38 / 23-16

 

Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

  1. "Şam" Məhdud Məsuliyyətli Cəmiyyətinə abunəçi sayı 5000-dək olan kabel şəbəkəsi yayımı fəaliyyətini təmin etmək üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 19 yanvar 2018-ci il tarixli, 178 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.