Azərbaycan Respublikası Audiovizual Şurasının 27 oktyabr 2023-cü il tarixli Qərarı № 37 / 23-16
Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:
- "Albax TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə abunəçi sayı 5000-dək olan kabel şəbəkəsi yayımı fəaliyyətini təmin etmək üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 14 sentyabr 2018-ci il tarixli, 190 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.