Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 11 sentyabr 2023-cü il tarixli Qərarı № 34 / 23-13

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.4.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 2 nömrəli Əlavənin 5.9-cu bəndini, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Qanununun 22.0.39.9-cu maddəsini rəhbər tutaraq qərara alır:

  1. "Gammanet" Məhdud Məsuliyyətli Cəmiyyətinə universal platforma operatoru (xidmətin adı: "Gammanet TV") lisenziyası verilsin.
  2. Universal platforma operatoru lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 2500 (iki min beş yüz) manat məbləğində dövlət rüsumunun "Gammanet" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi təmin olunsun.
  3. Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Maliyyə və təminat, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.